İranın müdafiə naziri Bakıdadır

21 Fevral 2018 11:27 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, bu gün İran İslam Respublikasının müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.


Səfər çərçivəsində İran nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.


Səfər fevralın 22-dək davam edəcək.