Binəqədidə velosiped oğrusu peyda oldu

21 Fevral 2018 17:23 (UTC+04:00)

“Ölkə.Az”ın xəbərinə görə, adıçəkilən ünvanda yaşayan Hüseyn Abbasov 7-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, evinin zirzəmisindən 4 velosiped və yeni il ağacı oğurlanıb.

Baş vermiş hadisə ilə bağlı polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb. Hazırda velosipedləri oğurlayan şəxsin axtarışlarına başlanılıb.

AzNews.az