Rəqsanə Cini məhkəməyə verir

21 Fevral 2018 20:36 (UTC+04:00)

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda İnsatqramda canlı yayıma girərkən deyib. O bildirib ki, mahnılarını oxuyanlar ondan icazə almırlar:

“Çıxıb dədələrinin mahnısı kimi oxuyurlar. Heç olmasa, adama zəng vurub icazə alsınlar. Moskvada olsam belə nömrələrim açıqdır. Heç olmasa efirdə oxuyanda desinlər ki, Rəqsanənin mahnısıdır.

Cini də məhkəməyə verəcəm. Oxumasınlar mahnımı.

Vasif Məhərrəmli və Xatirənin xətrini sevirəm. O gün Zaur Kamalın verilişində qonaq olanda Cin oxuyur. Vasif qayıdır ki, bu mahnı partladacaq. Ay Vasif, mən o mahnını illər əvvəl oxuyub partlatmışam.

O vaxt mən oxuyanda deyirlər ki, bu nədi? Dayanacaq, avtobus mahnıları oxuyur”.

Qeyd edək ki, Cin ATV-nin Yeni il çəkilişində "Bivəfa" mahnısını oxumuşdu. Ondan sonra sənətçi həmin bəstəni repertuarına daxil edib.