Lətif Hüseynov yenidən sədr seçilib

7 Mart 2013 14:56 (UTC+04:00)



Komitənin Azərbaycandan olan sədri Lətif Hüseynov yenidən bu quruma sədr vəzifəsinə seçilib.

Qeyd edək ki, komitəyə sədr və büro üzvlərinin seçkiləri hər iki ildən bir keçirilir. Lətif Hüseynov AŞ-nın İşgəncələrə qarşı Komitənin sədri vəzifəsinə 2011-ci ilin mart ayında seçilmişdi.

Xatırladaq ki, qısa olaraq İşgəncələrə qarşı Komitə (CPT) adlanan Avropa Şurasının İşgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə komitəsi, azadlıqdan məhrum edilmiş şəxslərlə necə rəftar olunduğunu yoxlamaq və qiymətləndirmək məqsədilə, üzv ölkələrdəki bütün cəzaçəkmə müəssisələrinə, o cümlədən həbsxanalar, polis məntəqələri, uşaq koloniyaları, xarici vətəndaşların saxlanıldığı yerlər və ruhi dispanserlərə qeyri-məhdud şəkildə baş çəkmək hüququna malikdir.

AzNews.az