Bakı Uşaq Teatrında “Əşxas”

7 Mart 2013 15:12 (UTC+04:00)



Abdulla Şaiqin eyniadlı əsəri əsasında quruluş verilən tamaşanın premyerası martın 10-da Hüseynqulu Sarabski adına mədəniyyət evində keçiriləcək. Rəqslər üzərində qurulan tamaşada simfonik musiqi və canlı muğamdan istifadə olunub.
Qeyd edək ki, tamaşanın rejissoru İntiqam Soltan və Hacıbaba Məmmədovdur.

Bahar Rüstəmli
AzNews.az