Moskvanın yeni hava limanından Bakıya uçuşlar bərpa edilir

22 Fevral 2018 20:16 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, aviaşirkət reysləri martın 24-dək hər gün həyata keçirəcək.

Moskvadan uçuşlar yerli vaxtla saat 19:35-dən başlayacaq, Bakıya 23:30-da çatacaq. Əks istiqamətdə uçuşlar 06:15-də başlayacaq və Moskvaya saat 08:10-da çatacaq.

Qeyd edək ki, yay uçuş cədvəli çərçivəsində (iyulun 27-dən oktyabrın 29-dək) aviaşirkət həftədə 3 dəfə uçuşlar keçirirdi.

Xatırladaq ki, "Jukovski" hava limanı 2016-cı ilin mayında işə düşüb.