Bakıda tıxac var - Avtobuslar gecikir

23 Fevral 2018 10:26 (UTC+04:00)

“APA-Economics” xəbər verir ki, bu barədə “BakuBus” MMC məlumat yayıb.

“Hal-hazırda 28 May küçəsi - Rəşid Behbudov küçəsi kəsişməsi istiqamətində, Rəşid Behbudov küçəsi - Mərkəzi Bankın qarşısı, Tbilisi prospekti, Heydər Əliyev prospekti, Afiyəddin Cəlilov küçəsində avtomobil sıxlığı müşahidə olunduğundan bu istiqamətdə hərəkət edən marşrut avtobuslarımızın intervallarında müvəqqəti ləngimələr baş verib”, - deyə məlumatda qeyd olunub.

AzNews.az