"Volvo" və "Mercedes" toqquşdu - Yanğın oldu

23 Fevral 2018 10:31 (UTC+04:00)

FHN-dən AzNews.az-a verilən məlumata görə, "Volvo" və "Mercedes" markalı iki yük avtomobil toqquşub və nəticədə yanğın baş verib.

Yanğın nəticəsində “Volvo” markalı yük avtomobilinin kabinəsi, qoşqusunun bir hissəsi və qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​