Məşhur Hollivud aktrisası dünyasını dəyişdi

24 Fevral 2018 09:13 (UTC+04:00)

APA-nın məlumatına görə, bu barədə “The New York Times” xəbər verib.

Nanett Fabrey Kaliforniyada öz evində keçinib. 60-a yaxın filmdə çəkilən aktrisa son dəfə 2009-cu ildə rol alıb. N.Fabrey karyerası ərzində üç “Emmi” və “Tonu” mükafatlarına layiq görülüb.

1960-ci ildə aktrisanın adı “Hollivud Məşhurlar Xiyabanı”nda həkk olunub. 1986-cı ildə isə N. Fabrey ABŞ kino aktyorlarının Qildiya mükafatına layiq görülüb.

AzNews.az