Saakaşvilidən Azərbaycan bəyanatı

7 Mart 2013 20:47 (UTC+04:00)



Bu bəyanatı Gürcüstan prezidenti Mixail Saakaşili Yunanıstanda keçirilən forumda səsləndirib.

Şərqlə əlaqələrin genişləndirilməsi mövzusuna həsr edilən konfransda prezident ölkəsindıki son seçkilərə toxunub. Seçkilərdə qələbə üçün böyük pullar xərcləndiyini bildirən prezidentin fikrincə, məhz bu maliyyə manipulyasiyası və böyük pullar həlledici rol oynayıb: " Bir neçə gün əvvəl bu ssenari əsasında pullar Moldova siyasətinə daxil olub. Nəticədə Moldovanın da perspektivi qeyri-müəyyənliklə üzləşib".
Gürcüstanda qərbyönümlü qüvvələrin təqziyq altında olduğunu deyən prezident Azərbaycanla əlaqələri də alt-üst etmək niyyətinin olduğunu qeyd edib.

Elnarə Əlosmanqızı
AzNews.az