İngiltərədəki partlayışda 4 nəfər ölüb - Yenilənib

26 Fevral 2018 11:24 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə polis mətbuatı məlumat yayıb.

Dörd nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirib.

Daha əvvəl bildirilib ki, İngiltərə polisi Lesterdəki olayın terror aktı olmasını qəbul etməyib.

***

09:10

Britaniyanın Lester şəhərindəki partlayışda altı nəfər yaralanıb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, yaralılardan ikisinin vəziyyəti kritikdir.

"Lesterin xəstəxanaları hadisə yerindən altı nəfərin xəstəxanaya yerləşdirildiyini təsdiq edir. İki xəstə ağır vəziyyətdədir, dördü isə yüngül yaralanmışdır", deyə xəstəxanadan məlumat verilib.

Fevralın 25-də Lester şəhərinin Hinkli küçəsində partlayış baş verib.