14 yaşlı oğlan dəm qazından boğuldu

26 Fevral 2018 09:41 (UTC+04:00)

APA-nın məlumatına görə, paytaxtın Binəqədi rayonunun Binəqədi qəsəbəsi, 1-ci Mədən ərazisində fərdi evlərdən birində yaşayan, 2004-cü il təvəllüdlü Tural İlham oğlu Abdullayev yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdıra aparılır.

AzNews.az