79 yaşlı kişini qatar vurdu

26 Fevral 2018 10:11 (UTC+04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhəri dəmiryolu ərazisində, 1939-cu il təvəllüdlü, Qubanın İqrıq kənd sakini Manafov Sabir Həsrət oğlunu Keşlə-Yalama elektrik qatarı vurub. Nəticədə S. Manafov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az