AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bazar günü kral sərgi açılışı ilə əlaqədar Barselonada təşkil edilən ziyafətə gəlib. Bu, Katoloniyada 2017-ci ildə keçirilmiş referendumdan sonra kralın Barselonaya ilk səfəri idi. Barselonalılar kralın gəlişinə etiraz ediblər.
Etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasındakı bəzi qarşıdurmalara baxmayaraq, ümumilikdə etiraz dinc keçib. Xəsarət alan 19 nəfər xəstəxanaya aparılıb.