İki gün ərzində 243 cinayət faktı qeydə alınıb

26 Fevral 2018 10:41 (UTC+04:00)

AzNews.az-a DİN-in mətbuat xidmətindən verilən məlumata əsasən, əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 15-nin açılması təmin olunub.

Qeyd olunur ki, axtarışda olduğuna görə 33 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Həmçinin, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib: "Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb".