56 yaşlı kişi kanalda boğuldu

26 Fevral 2018 11:29 (UTC+04:00)

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, rayonun ikinci Varlı kənd sakini, 1962-ci il təvəllüdlü Cəfərov Cəfər Xudam oğlu kənddən keçən su kanalına düşərək boğulub.

C. Cəfərovun meyiti kanaldan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az