AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, yeniliklər ÇXR sədrinin iki dəfədən artıq seçilməməsi ilə bağlı məhdudiyyətlə bağlıdır.
Əgər dəyişikliklər qəbul edilsə, Çin Xalq Respublikasının sədri Si Tsinpin 2023-cü ildən sonra üçüncü müddətə yenidən seçilə bilər.
Si Tsinpin 2013-ci ildə ÇXR sədri olmuşdur. Onun mart ayında keçiriləcək Milli Xalq Konqresinin sessiyasında növbəti dəfə dövlət başçısı seçilməsi gözlənilir.