Ağ Ev Şimali Koreyaya çağırış etdi

26 Fevral 2018 14:40 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Ağ Ev tərəfindən dünən verilən açıqlamada, ABŞ-ın nüvə silahından imtina edilməsi ilə bağlı KXDR və Cənubi Koreya, eyni zamanda beynəlxalq güclərin də qatılacağı bir toplantının keçirilməsində maraqlı olduğu bildirilib.

Həmçinin ABŞ Şimali Koreyanın tamamilə nüvə silahından imtina edənə qədər, təzyiq kampaniyalarına davam edəcəklərini bildirib.

Nüvə silahından imtina edilməsinin Şimali Koreyanın faydasına olacağını qeyd edən Ağ Ev, Pxenyanın gün ərzində açıqlama verdiyi halda görüşməyə hazır olduğunu bildirib.