Pul və 10 min manatlıq qızıl oğurladı

26 Fevral 2018 15:30 (UTC+04:00)

AzNews.az DİN-ə istinadən xəbər verir ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da rayon ərazisindəki evlərin birindən 400 manat və 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Quba rayon sakini, əvvəllər məhkum olunan Elmi İsayev saxlanılıb.