Ərdoğanla Makron Suriyanı müzakirə etdilər

26 Fevral 2018 15:57 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Suriyadakı son hadisələri qiymətləndirən iki lider, bir an öncə atəşkəsin əldə edilməsinin vacibliyini vurğulayıb.

Həmçinin Suriyada siyasi həll üçün ortaq səy göstərilməsinin də lazım olduğu qeyd edilib.

Ərdoğanla Makron təmasların bundan sonra da davam etməsində qərarlı olduqlarını bildiriblər.