Mingəçevirdə zavodda partlayış olub, xəsarət alanlar var

26 Fevral 2018 18:04 (UTC+04:00)

AzNews.az Reporta istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Məlumata görə, partlayış qaynaq aparatındakı nasazlıq səbəbindən baş verib. Partlayış nəticəsində müəssisənin əməkdaşları - 1978-ci il təvəllüdlü Soltan Qəzənfər oğlu Nazirov və 1986-cı il təvəllüdlü Maqsud Yaqub oğlu İsrafilov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.