Salyanda 42 yaşlı kişi döyülüb

26 Fevral 2018 23:10 (UTC+04:00)

AzNews.az “Report”-a istinadən xəbər verir ki, hadisə rayonun Babazənan yaşayış massivində qeydə alınıb.

Massivin 1976-cı il təvəllüdlü sakini Lətifov Samir Əvəzağa oğlu naməlum şəxslər tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.