Bayram günü qadın diri-diri yandı

8 Mart 2013 10:01 (UTC+04:00)

Göyçayda yanmış evdən qadın meyiti tapılıb. AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan 2 otaq və 2 aynabənddən ibarət evin 2-ci mərtəbəsində döşəmə 2 kv.m sahədə yanıb.

Yanğından sonra mənzildə ev sahibəsi 1928-ci il təvəllüdlü Nuriyeva Tavat Hüseynalı qızının meyidi aşkar olunub. Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzNews.az