Bakıda intihara cəhdin qarşısı alınıb

27 Fevral 2018 08:57 (UTC+04:00)

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər qadın elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.