ABŞ-ın kəşfiyyat təyyarəsi Rusiya sərhədində göründü

27 Fevral 2018 11:49 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, kəşfiyyat təyyarəsi Krit adasındakı hava bazasından uçub və Krım yarımadasının, habelə Krasnodarın üzərində bir saatdan çox müşahidə aparıb.

Qeyd edək ki, fevralın 23-də də ABŞ-ın 3 hərbi təyyarəsi Rusiyanın Baltik və Qara dənizdəki sərhədləri yaxınlığında görünüb.