Azərbaycana sığınan 30 əcnəbinin müraciəti rədd edilib

27 Fevral 2018 12:05 (UTC+04:00)

Bunu 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri Rəşid Rzayev sığınacaq axtaranların himayəsi ilə bağlı hakimlər üçün keçirilən təlimdə deyib.

O söyləyib ki, Azərbaycanda sığınacaq almaq istəyən şəxslərin Dövlət Miqrasiya Xidmətinin qərarlarından məhkəmələrə etdikləri müraciətlərin sayı ildən ilə artır: "2015-ci ildə məhkəməyə müraciətlər 8, 2016-cı ildə 11, 2017-ci ildə isə iki dəfə artıb. Belə müraciətlərin sayı ümimilikdə 38 olub. Təkcə 2018-ci ilin 2 ayı ərzində 11 belə iddia daxil olub".

R.Rzayev bildirib ki, həmin müraciətlərdən 30-u rədd edilib: "Məhkəməyə müraciət edən əcnəbilər əsasən Əfqanıstan, Türkiyə, İran və Rusiya vətəndaşlarıdır". (Report)

AzNews.az