AzNews.az Su çərşənbəsinin qeyd edilməsi ilə bağlı şou-biznes nümayəndələri arasında keçirdiyi sorğunu təqdim edir.
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan deyib ki, Su çərşənbəsi buzlaşmış suların oyanmasıdır:
“Bir-birimizin işləri su kimi aydın olsun. Su çərşənbəsi buzlaşmış suların, çayların oyanmasıdır. El arasında buna suyun ayılması deyirik. Hamı bu gün bayram süfrəsi açır, Allahın verdiyi nemətlə yanaşı, bir kasa da su qoyur. Bu gün hər bir insan çimməlidir ki, bədəninizdə nə varsa, getsin. Su oyanmasa torpaq da oyanmaz. Vaxt olacaq ki, bir kasa su, bir kasa qızıla bərabər olacaq. Suyun qədrini bilib, Allaha şükür etməliyik”.
Müğənni Xuraman Şuşalı isə Su çərşənbəsini adi günlərdən biri hesab edir:
“Nə bayram? Nə Su çərşənbəsi? Mənim üçün sıradan bir gündü. Yalan deyə bilmərəm, heç nə qeyd etməyəcəyik. Bütün gücümü televiziyalarda dekorlarıma həsr edirəm. Mənim bayramım verilişlərdə olacaq. Səməni də qoymamışam”.
Bahar RÜSTƏMLİ
AzNews.az