Anasını qətlə yetirən oğul tutuldu

27 Fevral 2018 12:22 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, fevralın 25-də Qaradağ rayonunun Ələt qəsəbəsində yaşayan Cəmil İslamov münaqişə zəminində anası Zərnişan Allahverən qızını döyüb. Aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş Z.İslamova fevralın 26-da orada ölüb.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.İslamov saxlanılıb.