Şirvan sakinində heroin aşkarlandı

27 Fevral 2018 15:48 (UTC+04:00)

DİN-in mətbuat xidmətinindən AzNews.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Şirvan şəhər sakini İlkin Əskərov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan bükümdə narkotik vasitə hesab olunan ümumi çəkisi 256,816 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı ŞPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.