Məhbusun dırnaqları uzanıb ayağına dolandı - Dəhşət
8 Mart 2013 12:10 (UTC+04:00)
İki il Amerikada həbsxanada təkadamlıq kamerada saxlanılan Stiven Slevin ölkə tarixində ilkə imza atıb. O təkadamlıq kamerada keçirdiyi günlərə görə 15,5 milyon dollar təzminat alacaq. Pulun 6 milyonu artıq bu həftə onun hesabına köçürüləcək.
Məsələ burasındadır ki, təkadamlıq kamerada saxlanılan Stivenın dırnaqları bu müddətdə uzanaraq ayağına dolaşıb, bədənində isə yuyunmadığı üçün göbələk yaranıb. İçəriyə həkim buraxılmadığından o, ağrıyan dişlərini özü çəkməli olub.
2005-ci ildə həbs edilən Stivenin məhkəməsi olmayıb. Onu özünə qəsd ehtimalının qarşısını almaq üçün təkadamlıq kameraya salıb və daha sonra unudublar. Səhhəti ağır olan Stiven hətta xərçəngə də tutulub.
Elnarə
AzNews.az