Polşada şaxta 53 nəfərin həyatına son qoydu

27 Fevral 2018 17:09 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən xəbər verir ki, sinoptiklərin bildirdiyinə görə, Polşada gündüz mənfi 13 dərəcə şaxta olub. Lakin bəzən havada mənfi 26 dərəcəyədək soyuq olur.

Bir neçə gündür davam edən şaxtalı hava özü ilə ölüm də gətirib. Rekord dərəcədə şaxta olan dünənki gecədə 5 nəfər donaraq ölüb.

Noyabr ayından bu yana şaxta səbəbindən 53 nəfər həyatını itirib.