“Ölkə.Az”a verilən xəbərə görə, 165 saylı marşrut avtobusundan düşən Cəlil Əlvanlı telefonunun oğurlandığını görüb. Zərərçəkən baş vermiş hadisə ilə bağlı dərhal polisə məlumat verib. İlkin izahatı zamanı C.Əlvanlı 300 manat dəyərində olan mobil telefonunun oğurlandığını bildirib.
Faktla bağlı Yasamal RPİ-nin İstintaq şöbəsində araşdırmalara başlanılıb.
AzNews.az