Bank son aylarda üçüncü dəfə qarət edildi

27 Fevral 2018 18:02 (UTC+04:00)

AzNews.az "İnterfaks"a istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, hücum zamanı binada, təxminən, 20 ziyarətçi və bir neçə işçi olub. Soyğunçu tapança ilə hədə-qorxu gələrək pulları toplayıb və hadisə yerindən qaçaraq gizlənib.

Qeyd olunur ki, "Liberti" bankının bu filialı son bir neçə ay ərzində artıq üçüncü dəfədir soyğuna məruz qalır. Əvvəlki iki halda polis soyğunçuları ələ keçirə bilib.