AzNews.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən növbəti iclasında deyilib
Şurada qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi Samir Mayılovun iş yerinin intizam qaydasında dəyişdirilməsi barədə qərar qəbul edilib, Binəqədi rayon məhkəməsinin hakimi Mirheydər Zeynalova töhmət verilib, Nəsimi rayon məhkəməsinin hakimi Elman İsayevə irad tutulub, habelə 1 hakim barədə intizam icraatı başlanılıb.