AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, qripdən yaşlılar daha çox əziyyət çəkib, belə ki, ölənlərin 43-nün yaşı 60-dan çox idi. Qalanları isə 25-59 yaşlarında olub.
Çexiya xəstəxanalarında hazırda qrip epidemiyasına görə vəziyyəti ağırlaşmış 199 nəfər var.
Həkimlər epidemiyanın bir neçə həftə davam edəcəyinə inanırlar, ancaq ən təhlükəli səviyyə artıq geridə qalıb.