Sabah hava yağmursuz olacaq

8 Mart 2013 15:00 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,Bakıda havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Səhər ayr-ayrı yerlərdə duman müşahidə ediləcək. Naxçıvan Muxtar Respublikasında gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 5 dərəcəyək şaxta olacaq. Havanın temperaturu gündüz 10-15, bəzi yerlərdə 19 dərəcəyə kimi isti olacaq.

Mərkəzi Aran rayonlarında havanın temperaturunun 0-5 dərəcə, gündüz 10-15, bəzi yerlərdə isə 18 dərəcəyədək isti olacağı gözlənilir.

Ölkənin cənub rayonlarında gecə 4-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti, şimal və şimal-şərq rayonlarında isə havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, bəzi yerlərdə 16 dərəcəyədək isti olacaq.

AzNews.az