Trampın ittiham etdiyi polis danışdı

28 Fevral 2018 09:43 (UTC+04:00)

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, terror olayı zamanı polis silahlı olmasına baxmayaraq, olaya müdaxilə etməyib. Terror zamanı 19 yaşlı gənc 17 nəfəri öldürüb. Polis isə özünü müdafiə edərək bildirib ki, olayın məktəbin kənarında olmasını zənn edib. Hadisənin məktəbdə baş verdiyini anlayanda isə artıq gec olub.

Tramp isə olaya müdaxilə etməyən polisi qorxaqlıqda ittiham edib. Prezident daha sonra bildirib ki, o, polisin yerində olsaydı, silahsız belə terrorçunun qarşısını almağa çalışardı.