İl ərzində 700-dən çox avtobus kart sisteminə keçəcək

28 Fevral 2018 12:26 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu BNA-nın direktorunun müşaviri Mübariz Abbasov deyib.

Onun sözlərinə görə, nağdsız ödəniş sistemi nəqliyyat sistemində şəffaflığı təmin edir:

"Bu sistem sürücü məsuliyyətini artırır. Sürücü artıq sovet dövründən qalma "planvermə" sistemi ilə işləmir".

M.Abbasov bildirib ki, BNA fəaliyyəti dövründə 50-dən çox yeni nəqliyyat vasitəsi gətirib.

Müşavirin sözlərinə görə, dövlət tərəfindən 300-350 nəqliyyat vasitəsinin gətirilməsi planlaşdırılır.

AzNews.az