Uşağına siqaret çəkdirən ata həbs edildi - Foto

28 Fevral 2018 12:40 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, İndoneziyanın Madura adasında yaşayan kişi, uşağına siqaret çəkdirib fotosunu internetə yükləyib. 36 yaşlı Müzəmmil adlı kişi bu işinə görə tutulub.

Atanın 6 aylıq həbs cəzasına məhkum edilməsi gözlənilir. Bu arada fotonu çəkən ana da məsuliyyətə cəlb edilib.