Keçmiş məhkumu öldürmək istəyənə 11 il həbs

28 Fevral 2018 12:58 (UTC+04:00)

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il sentyabrın 6-da Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində yaşayan əvvəllər məhkum olunmuş Etibar Məhərrəmov qırma yarası ilə xəstəxanaya gətirilib.

Bundan bir gün sonra həmyerlisi Mikayıl Dəmirli 12-ci Polis Bölməsinə gələrək hadisənin münaqişə zəminində onun tərəfindən törədildiyini bildirib və istifadə etdiyi, müvafiq sənədləri olmayan, lüləsi kəsilmiş “TOZ-12” markalı tüfəngi təhvil verib.

AzNews.az