“Eurovision” mahnımız dörd gün sonra təqdim olunacaq

28 Fevral 2018 13:14 (UTC+04:00)

Oxu.Az xəbər verir ki, mahnı 4 mart tarixində yayımlanacaq.

Mahnı seçimində Avropanın müxtəlif ölkələrindən olan 300 nəfərlik qrup iştirak edib. Qrup iştirakçılarına üç mahnı dinlədilib, sonra isə onlardan ifaları bəyənib-bəyənmədikləri soruşulub.

Sözügedən bəstələrin harada istifadə olunacağı barədə isə heç bir məlumat verilməyib.

Qalib gələn mahnı 87% səs toplayıb.

Müsabiqəyə tam gücü ilə hazırlıqlar görən Ayselin artıq “Postcard” çəkilişləri də baş tutub. İfaçı hava şarında təsvir olunacaq. Çəkilişlər Portuqaliyanın qərbində yerləşən Monsaraş şəhərində baş tutub.

AzNews.az