AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, uşaqlar 2 kilometrlik bir yol keçərək çay kənarına gəlirlər. Burada isə onlar körpü olmadığından çayı babalarının çiynində keçirlər. Axşam dərsdən qayıdandan sonra da eyni hal təkrarlanır. Babalar iş-güclərini buraxıb məktəbdən qayıdan nəvələrini çaydan keçirirlər. Həm babalar, həm də onların məktəbli nəvələri bu vəziyyətdən narahatdırlar. Onlar tezliklə çay üzərində yeni körpünün tikilməsini arzulayırlar.