Xalçaçılığın qorunmasına dair dövlət proqramı təsdiqlənib

28 Fevral 2018 20:50 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, sərəncam xalçaçılıq ənənələrinin qorunması və inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədi daşıyır.

Sərəncamla “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;

2.2. Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.