Hollandiyada vəhşi heyvanları yemləmək qadağan edildi

1 Mart 2018 10:18 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, insanlar polisə müraciət edərək həmin heyvanları yemləmək istədiklərini bildiriblər. Lakin bu rəsmi dairələri qane etməyib. Onlar bildiriblər ki, vəhşi heyvanları bəsləmək təbiətin qanunlarına ziddir. Beləliklə də, yaza çıxmayacaq qədər zəif olan heyvanları öldürmək əmri verilib.

Heyvanları yemləyənlər isə cərimə olunur. Bütün bunlar heyvansevərlərin sərt iradına səbəb olub.