AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, dünyanın ən böyük fəstfud şirkətlərindən olan KFC restoranlarında ötən günlər toyuq bitməsi böyük səs-küyə səbəb olub. Beləliklə də bazar ertəsindən cümə gününə qədər bir çox KFC mağazası bağlı qalıb. Buna görə KFC müştərilərdən üzr istəyib.
Bu günlərdə də İngiltərədəki KFC restoranlarında sous qıtlığı yaşanır. Şirkətin bunu necə açıqlayacağı maraqla gözlənilir.