Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb

1 Mart 2018 16:15 (UTC+04:00)

“Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Assosiasiya süd və süd məhsullarının istehsalı sahəsində sahibkarlığın inkişafına, bu sahədə yeni texnologiyaların tətbiqinə, istehsalın və ixracın artmasına dəstək göstərəcək. Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis yığıncağında Samir Eyyubov qurumun İdarə Heyətinin sədri seçilib.

Qeyd edək ki, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən hər bir hüquqi və ya fiziki şəxs müvafiq sənədləri təqdim etməklə Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvü ola bilər.

AzNews.az