Qanalı informatika müəllimindən qeyri-adi addım - Foto

1 Mart 2018 16:24 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Ovura Kvadvo adlı müəllim kənd məktəbində informatikadan dərs deyir. O, "Microsoft Word" səhifəsini bütün detalları ilə qara lövhəyə təbaşirlə çəkir.

Şagirdlərini çox sevdiyini deyən gənc müəllim uşaqlara həqiqi komyuterlə dərs verə bilmədiyindən üzüldüyünü bildirib.

Müəllimin görüntüləri yayılandan sonra bir çox xeyriyyəçi ona kompyuter və digər dərs ləvazimatlarını verməyə hazır olduqlarını bildirib. "Microsoft"un Afrika nümayəndəliyi isə qanalı müəllimə kompyuter göndərəcəyini bəyan edib.