Britaniya Avropa Birliyini təhdid etdi

1 Mart 2018 16:49 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, britaniyalı nazir açıqlamasında, Brüsselin Şimali İrlandiyanı AB qaydalarına tabe etdirmək cəhdlərindən imtina etmədiyi təqdirdə milyardlarla funt dəyərindəki Brexit təzminatını ödəməyəcəklərini açıqlayıb.

Daha sonra Devid Davis millət vəkillərinə məktub yazaraq bunları qeyd edib: "Britaniyaya aid olan bütün məsələlər həll olunmayana qədər, AB-yə olan maliyyə ödənişləri yekunlaşmayacaq".