AzNews.az APA-a istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev hazırda binaya xarici xətlərin (işıq, qaz, su) çəkilməsi üçün müvafiq qurumlarla birgə işlərin görülməsi barədə danışıb: “Yaxın zamanlarda yaşayış binasının Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, Şamaxı rayonunda inşa edilmiş binadakı mənzillər də rayon İH tərəfindən 11 aprel 2014-cü ildə Nazirliyə təqdim olunmuş növbəlilik siyahısına uyğun şəkildə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təqdim olunacaq.