Xəstəxananın tikintisinə 6 milyon manatdan çox vəsait ayrılıb

1 Mart 2018 18:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki,sərəncamda deyilir ki, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 6,166 milyon manatı Səhiyyə Nazirliyinə ayrılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.